Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan güləşçiləri Fərdi Dünya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıb
  • Clock-gray 23:23
  • calendar-gray 13 Dekabr 2020

Serbiyada keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda ikinci yarış gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçiləri ilk medal günündə 5 dəst mükafatın sahibini müəyyənləşdirib.

Azərbaycan yığmasının iki güləşçisi yarışda son sınağına çıxıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayıb. Görüşdə qırğızıstanlı Balbay Dordokovdan güclü olan (3:0) güləşçimiz yarışı 3-cü yerdə başa vurub.

İslambek Dadov (67 kq) isə final görüşünə çıxıb. Həlledici qarşılaşmayadək bütün rəqiblərini məğlub edən güləşçimiz rusiyalı Nazir Abdullayevlə üz-üzə gəlib. Qarşılaşma gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə - 1:2 hesabı ilə yenilən İslambek gümüş medal əldə edib.

Qeyd edək ki, sabah daha iki təmsilçimiz Taleh Məmmədov (63 kq) və Beka Kandelaki (130 kq) medallar uğrunda mübarizəni davam etdirəcək. Onlar müvafiq olaraq təsəlliverici və bürünc medal qarşılaşmasına çıxacaq. Yunan-Roma millisinin digər üzvləri - Nihat Məmmədli (60 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) yarışda uğursuz çıxış edib.

ApaSport

Digər xəbərlər