Yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri keçiriləcək.
Apasport.az saytının məlumatına görə, ənənəvi yarışın proqramına əsasən, ilk gün sərbəst, ikinci gün yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Qran-pridə ölkəmizi yunan-Roma güləşi üzrə yığmamız təmsil edəcək. Yanvarın 2-dən Rusiyanın Saransk şəhərində təlim-məşq toplanışı keçən millimiz sabah Rusiyadan Fransaya yollanacaq.
Nitsada baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyacaq.
Azərbaycan güləşçiləri Nitsada Qran-pridə iştirak edəcək
16 yanvar 2020 16:13 (UTC +04:00)
Döyüş növləri
FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar
17:28
18 aprel 2024
FHN-in karate komandasının idmançıları uğur qazanıblar
12:53
9 aprel 2024
Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb
19:19
7 aprel 2024
Hacı Əliyev Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
18:54
7 aprel 2024