Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə bu gün yekun vurulub.
Apasport.az saytının məlumatına görə, sonuncu yarış günündə qadın güləşçilərimizdən Tatyana Omelçenko (62 kq) gümüş, onunla eyni çəkidə çıxış edən Elmira Qəmbərova isə bürünc medal qazanıb.
Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığmamız 99 xalla komanda hesabında 2-ci yeri tutub. Türkiyə 1-ci, Bolqarıstan isə 3-cü olub.
Sərbəst güləşdə Abubakr Abakarov (79 kq), Aslanbek Alborov (92 kq), Camaləddin Məhəmmədov (125 kq) qızıl, İntiqam Vəlizadə (61 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Şamil Zubairov (92 kq) isə bürünc medala sahib olub.
Beləliklə, ümumilikdə 4 qızıl, 1 gümüş və 6 bürünc medal əldə edən millimiz komanda hesabında 180 xalla 1-ci yeri tutub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü olub.
Qeyd edək ki, memorialda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.
Azərbaycan güləşçiləri Türkiyədə beynəlxalq turnirdə 11 medal qazanıb
12 yanvar 2020 17:41 (UTC +04:00)
Döyüş növləri
FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar
17:28
18 aprel 2024
FHN-in karate komandasının idmançıları uğur qazanıblar
12:53
9 aprel 2024
Daha bir güləşçimiz olimpiadaya lisenziya qazanıb
19:19
7 aprel 2024
Hacı Əliyev Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb
18:54
7 aprel 2024