Azərbaycan karateçisi Santyaqoda keçiriləcək Seriya A turnirində iştirak edəcək

Azərbaycan karateçisi Santyaqoda keçiriləcək Seriya A turnirində iştirak edəcək
# 08 yanvar 2020 12:39 (UTC +04:00)

Yanvarın 10-da Çilinin paytaxtı Santyaqoda Karate1 Seriya A turniri start götürəcək.

Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Yeni ildə mövsümün ilk turnirində komandamız 1 idmançı ilə təmsil olunacaq. A Seriyasında millinin lideri İrina Zaretska (68 kq) qüvvəsini sınayacaq. Dünya və Olimpiya reytinqinin birincisi olan karateçini Cənubi Amerikada qadınlardan ibarət komandanın baş məşqçisi Denis Morozov müşayiət edəcək.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR