Azərbaycan millisi Avropa kubokunda 13 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan millisi Avropa kubokunda 13 cüdoçu ilə təmsil olunacaq
# 30 yanvar 2020 09:48 (UTC +04:00)

Fevralın 1-də Bolqarıstanın paytaxtı Sofiyada kişi cüdoçular arasında açıq Avropa kuboku start götürəcək.

Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək yarışda Azərbaycan millisi də təmsil olunacaq.

Məşqçilər korpusu turnirdə ehtiyat qüvvəyə şans verəcək. Ölkəmizin idman şərəfini 13 cüdoçu – Davud Məmmədsoy, Oruc Vəlizadə, Rövşən Əliyev, Turan Bayramov (hamısı 60 kq), Nurlan Osmanov, Vaqif Tarverdiyev (hər ikisi 66 kq), Paşa Əliyev, Mətin Rzazadə, Kənan Quluzadə (hər üçü 73 kq), Araş Ağayi (81 kq), Zaur Dünyamalıyev (90 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) qoruyacaqlar.

Avropa kubokunda 33 ölkədən 252 idmançı yarışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR