Azərbaycan millisi "Böyük Dəbilqə"yə 15 cüdoçu ilə qatılacaq

Azərbaycan millisi "Böyük Dəbilqə"yə 15 cüdoçu ilə qatılacaq
# 16 fevral 2021 22:43 (UTC +04:00)

Cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fevralın 18-20-də İsraildə keçiriləcək "Böyük Dəbilqə" turnirinə yığmamızın 15 idmançısı qatılacaq.

Kişilərin yarışında ölkəmizi Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri və Camal Feyziyev (hər ikisi +100 kq) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.

İlkin siyahı ilə müqayisədə heyətdə bəzi dəyişikliklər edilib. Rüstəm Orucovla (73 kq) İrina Kindzerskaya (+78 kq) komandadan kənar qaldığı halda, Camal Feyziyevə yarışda iştirak şansı verilib. Millimizin liderlərinin turnirə reytinqdə yüksək yerdə qərarlaşması səbəbindən qatılmayıb. Zelim Tskayev isə yığmamızda debüt edəcək.

"Böyük Dəbilqə" üçün ümumilikdə 61 ölkədən 425 (249 kişi, 176 qadın) cüdoçu sifariş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR