Azərbaycan taekvondoçuları Niderlandda 7 medal qazanıblar

Azərbaycan taekvondoçuları Niderlandda 7 medal qazanıblar
# 08 mart 2020 01:35 (UTC +04:00)

Niderlandın Eydhoven şəhərində taekvondo üzrə “Dutch Open” turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi G1 kateqoriyalı yarışda 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Sayca 47-ci dəfə təşkil olunan ənənəvi Niderland açıq çempionatında Qaşım Maqomedov (58 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək, qalib adına yiyələniblər. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) finalda məğlub olaraq, gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq, üçüncü yerlə kifayətlənib.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız bir həftə sonra Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanacaq. Taekvondoçularımız martın 14-15-də burada keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR