Azərbaycan taekvondoçuları "Turkish Open"də 6 medal qazanıb

Azərbaycan taekvondoçuları "Turkish Open"də 6 medal qazanıb
# 04 fevral 2020 08:58 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə "Turkish Open" turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, G1 kateqoriyalı yarışda Azərbaycan yığması 3 qızıl və 3 bürünc medal qazanıb.

Milli üzvlərindən Cavad Ağayev (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Onlardan fərqli, yarımfinalda məğlub olan Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) isə bürünc medalla kifayətləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR