Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb

Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
  • Clock-gray 23:08
  • calendar-gray 11 Fevral 2020

Azərbaycanın daha bir yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatını mükafatla başa vurub. 

Apasport.az saytının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov qitə birinciliyini bürünc medalla başa vurub. 

Həmyerlimiz 3-cü yer uğrunda görüşdə litvalı Eyvidas Stankeviçyusdən üstün olub. O, 6:2 hesabı ilə qələbə qazanıb. 

Nəticədə Azərbaycan güləşçiləri ilk medal günündə 3 dəfə fəxri kürsüyə qalxıblar. Abbasovdan öncə milli üzvlərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) bürünc mükafata sahib olub. 

Qeyd edək ki, bu gün keçirilən döyüşlərdən sonra Rafiq Hüseynov (82 kq) da finala vəsiqə qazanıb. Həmçinin Murad Bazarovla (60 kq) Ülvi Qənizadə (72 kq) təsəlliverici görüşə çıxacaq. Bu qarşılaşmalar fevralın 12-də keçiriləcək. 

 

ApaSport

Digər xəbərlər

Arxiv

date