Azərbaycan yığması Qran-prinin final mərhələsinə 3 taekvondoçu ilə qatılacaq

Azərbaycan yığması Qran-prinin final mərhələsinə 3 taekvondoçu ilə qatılacaq
# 04 dekabr 2019 16:07 (UTC +04:00)

Dekabrın 6-da Rusiyanın paytaxtı Moskvada taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması 3 idmançı ilə təmsil olunacaq.

Təmsilçilərimizdən Cavad Ağayev (68 kq), Milad Beiqi Harçreqani (80 kq) və Radik İsayev (+80 kq) dayanq üzərinə çıxacaqlar. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” İdman Sarayında baş tutacaq.

Komandamız səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında yollanacaq. Komandamız dekabrın 8-də vətənə dönəcək.

Qeyd edək ki, dünyanın reytinqli 16 kişi və qadın taekvondoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları reytinqlərinə müvafiq olaraq, 80, 48 və 28,8 xal əlavə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR