Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçilib

Azərbaycanın ikiqat dünya çempionu ən yaxşı model seçilib
# 21 dekabr 2019 15:35 (UTC +04:00)

Azərbaycan idmançısı Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında ən yaxşı model seçilib.

Apasport.az saytının məlumatına görə, ikiqat dünya çempionu Çinin Uşi şəhərində keçirilmiş “Böyük dəbilqə” turnirindən sonra bu nominasiyanın qalibi adına layiq görülüb.

Olimpiya mükafatçımız mövsümün yekunu ilə bağlı baş tutan Qala gecədə mükafatlandırılıb.

Qeyd edək ki, Harçeqani (80 kq) “Böyük dəbilqə”də dördüncü yeri tutub. Yarışdakı digər təmsilçimiz Radik İsayev (+80 kq) ikinci dövrədə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR