Beynəlxalq dərəcəli azərbaycanlı boks hakimi vəfat edib

Beynəlxalq dərəcəli azərbaycanlı boks hakimi vəfat edib
  • Clock-gray 11:07
  • calendar-gray 25 İyun 2020

Azərbaycan boksuna itki üz verib. 

Apasport.az saytının məlumatına görə, AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib. 

O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub. Mehman Mürsəlov DİN İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.  

Allah rəhmət eləsin!

ApaSport

Digər xəbərlər