Boks üzrə Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb

Boks üzrə Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb
# 02 dekabr 2019 16:04 (UTC +04:00)

Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub.

Yığma ardınca məşqləri Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək. Buradakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR