Fransa Güləş Federasiyası Qran-Prinin rəsmi sənədlərində Azərbaycan bayrağının yer almamasına görə üzr istəyib

Fransa Güləş Federasiyası Qran-Prinin rəsmi sənədlərində Azərbaycan bayrağının yer almamasına görə üzr istəyib
# 14 yanvar 2021 11:28 (UTC +04:00)

Fransa Güləş Federasiyası Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurum Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Fransalılar bu səhvin siyasətlə bağlı olmadığını vurğulayıb: “Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq”.

Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR