Fərdi Dünya Kubokunda erməniyə qalib gələn Azərbaycan güləşçisi finala yüksəlib

Fərdi Dünya Kubokunda erməniyə qalib gələn Azərbaycan güləşçisi finala yüksəlib
  • Clock-gray 22:22
  • calendar-gray 12 Dekabr 2020

Bu gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti qarşılaşmasında  Rusiya idmançısına uduzub. Rəqib finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq.

İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı həmkarına da gücünü göstərən İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. O, finalda rusiyalı Nazir Abdullayevlə üz-üzə gələcək. 

Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub. 

Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya) - 9:0
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) - 1:9
Təsəlliverici görüş: Eldəniz Əzizli - Rudik Mkrtçyan (Ermənistan)

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya) - 9:0
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (Peru) - 9:0
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (Ermənistan) - 7:4
1/2 final: İslambek Dadov - Artur Politayev (Ukrayna) - 8:2
FİNAL: İslambek Dadov - Nazir Abdullayev (Rusiya)

72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa) - 1:2

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya) - 0:9

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair) - 1:2

ApaSport

Digər xəbərlər