Həbib Nurməhəmmədov Castin Qetjini boğucu fəndlə məğlub edib

Həbib Nurməhəmmədov Castin Qetjini boğucu fəndlə məğlub edib
# 25 oktyabr 2020 00:57 (UTC +04:00)

MMA üzrə UFC-254 turniri başa çatıb.

Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.

Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində keçirilib. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini sınağa çəkib. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR