Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə növbəti rəqibi bəlli olub

Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə növbəti rəqibi bəlli olub
# 27 mart 2021 10:28 (UTC +04:00)

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə növbəti döyüşünün vaxtı və rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həvəskarlar arasında üçqat dünya çempionu növbəti sınağına aprelin 17-də çıxacaq.

Ağır çəkidə mübarizə aparan təmsilçimiz rusiyalı Andrey Fedosovla üz-üzə gələcək. Görüş ABŞ-ın Florida ştatında baş tutacaq.

Bu, indiyədək keçirdiyi hər üç görüşdə nokautla qalib gələn Məcidovun peşəkar karyerasında 4-cü qarşılaşma olacaq. Son dəfə ötən ilin noyabrında rinqə çıxan boksçu təxminən 5 aydan sonra gücünü sınayacaq.

Qeyd edək ki, iki illik fasilədən sonra rinqə çıxacaq rusiyalının hesabında isə 31 qələbə və 3 məğlubiyyət var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR