Sənan Süleymanov: “Dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”

Sənan Süleymanov: “Dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”
# 14 fevral 2020 09:00 (UTC +04:00)

“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın paytaxtı Romada Avropa çempionu titulunu qazanan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən pəhləvan qələbəsini şərh edib. O bildirib ki, gözləmədiyim halda çempion olub: “İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR