Yunan-Roma güləşi üzrə Azərbaycan millisi İsraildə toplanışa başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi İsraildə toplanışa başlayıb
# 25 noyabr 2019 16:26 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığması bu gündən İsraildə təlim-məşq toplanışına başlayıb.

Apasport.az saytının məlumatına görə, böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 5 pəhləvan dekabrın 5-dək yerli komanda ilə birgə paytaxt Təl-Əvivdə hazırlıq prosesi keçəcək.

Qarşı tərəfin dəvəti ilə gerçəkləşən təlim-məşq toplanışında yeniyetmələr arasında dünya çempionu Nihat Məmmədli (55 kq), gənclər arasında Avropa ikincisi və dünya üçüncüsü Əsgər Əlizadə (60 kq), eləcə də Adəm Hacızadə (67 kq), Rauf Əliyev (72 kq) və Murad Əhmədiyev (82 kq) iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR