AİBA-nın prezident seçkilərinin vaxtı dəyişdirilə bilər

AİBA-nın prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
# 05 avqust 2019 12:49 (UTC +04:00)

Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) prezident seçkilərinin vaxtı dəyişdirilə bilər.

APA-nın məlumatına görə, bunu AİBA-nın icraçı direktoru Tom Vircets açıqlayıb.

Qurum rəsmisi bildirib ki, bu il oktyabrın 15-də keçirilməli olan növbədənkənar konqres 2020-ci ilin martınadək təxirə düşə bilər. Prezidentin seçiləcəyi konqresin 5 ay yubanması AİBA-nın daha uzun müddət rəhbərsiz qalması ilə nəticələnəcək.

Qeyd edək ki, AİBA-nın sabiq prezidenti Qafur Rəhimov səlahiyyətlərini ötən ay təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR