AİBA prezidenti səlahiyyətlərini təhvil verib

AİBA prezidenti səlahiyyətlərini təhvil verib
# 15 iyul 2019 16:27 (UTC +04:00)

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Qafur Rəhimov səlahiyyətlərini təhvil verib.

APA-nın məlumatına görə, özbəkistanlı funksioner bundan sonra AİBA-ya rəhbərlik etməyəcək.

Belə ki, bu ilin martında vəzifəsini müvəqqəti tərk etdiyini açıqlayan Q. Rəhimov qurumun əsasnaməsinə əsasən bir il ərzində vəzifəsinə qayıda bilərdi. Lakin AİBA-nın iyunun 27-də keçirilən İcraiyyə Komitəsinin iclasında əsasnamədə dəyişiklik edərək, həmin bəndi oradan çıxarılıb. Rəhbər vəzifəyə qayıtmaq imkanından məhrum olan özbəkistanlı bu gün istefa ilə bağlı yekun qərarını verib.

Onun vəzifədən uzaqlaşdırılmasına əsas tərəfdarlarından biri Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov olub. O, İcraiyyə Komitəsinin iclasında müvəqqəti prezident Muhammed Mustasan və Etika Komissiyasının rəhbəri Yost Şmidə də etimad göstərməməyə çağırıb.

Qeyd edək ki, Q. Rəhimov 2018-ci il noyabrın 2-də AİBA prezidenti seçilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR