Avropa çempionatına yollanacaq parataekvondoçuların adları açıqlanıb

Avropa çempionatına yollanacaq parataekvondoçuların adları açıqlanıb
# 28 oktyabr 2019 13:33 (UTC +04:00)

Oktyabrın 30-da İtaliyada parataekvondo üzrə Avropa çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, Bari şəhərinin "PalaFlorio" İdman Arenasında təşkil olunacaq yarışda Azərbaycan da təmsil olunacaq.

8-ci dəfə keçiriləcək çempionatda millinin şərəfini Sadiq Həmidov, Elimxan Manafov (hər ikisi K-43, 61 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, 75 kq), Vüqar Adışirinov (K44, +75 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) qoruyacaqlar.

Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi yığma artıq təlim-məş toplanışını başa vurub. Komanda Bariyə bu gün yollanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR