Azərbaycan boksçularının Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli olub
# 02 fevral 2023 14:48 (UTC +04:00)

Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.

Fevralın 10-dək davam edəcək turnirdə təmsilçilərimizdən ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçumuz mübarizəyə qoşulacaq.

1/8 final mərhələsi
Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali)
Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları)
Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya)
Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)

1/4 final mərhələsi
Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya)
Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador)
Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya)
Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası)
Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)

1/2 final mərhələsi
Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR