Azərbaycan boksçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan boksçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
# 26 may 2023 11:52 (UTC +04:00)

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR