Azərbaycan boksçusunun dünya çempionatında ilk rəqibi dəqiqləşib

Azərbaycan boksçusunun dünya çempionatında ilk rəqibi dəqiqləşib
# 11 sentyabr 2019 09:37 (UTC +04:00)

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

APA-nın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR