Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışında olublar

Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışında olublar
# 09 avqust 2019 13:00 (UTC +04:00)

Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən Azərbaycan milli komandası Macarıstanda təlim-məşq toplantısında olublar.

APA-nın məlumatına görə, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çexiya, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb.

Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR