Azərbaycan cüdoçuları Universiadanın ilk gününü medalsız başa vurublar

Azərbaycan cüdoçuları Universiadanın ilk gününü medalsız başa vurublar
# 04 iyul 2019 17:41 (UTC +04:00)

İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasına start verilib.

APA-nın məlumatına görə, bu gün tatamiyə çıxan Azərbaycan cüdoçuları çıxışlarını mükafatsız bitiriblər.

90 kq çəki dərəcəsində qüvvəsini sınayan Əliömər Tumayev 1/8 finalda çexiyalı Jiri Petrə qalib gəlsə də, ardınca rusiyalı Roman Dontsova məğlub olub.

+90 kq çəkidə mübarizə aparan Rüstəm Kotsoyev isə yarışa 1/16 finaldan qoşulub. O, Aleksis de Leon (Meksika) və Mirçea Krotiordan (Rumıniya) güclü olub. Lakin təmsilçimiz 1/4 finalda koreyalı Minyonq Kimə, ardınca təsəlliverici görüşdə Aleksey Lysenkoya uduzub.

Qeyd edək ki, Universiadanın cüdo yarışlarında İbrahim Əliyev (66 kq), Hidayət Heydərov (73 kq) və Murad Fətiyev (81 kq) də qüvvəsini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR