Azərbaycan cüdoçusu Asiya açıq kubokunda bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Asiya açıq kubokunda bürünc medal qazanıb
# 18 iyul 2019 22:37 (UTC +04:00)

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.

APA-nın məlumatına görə, əvvəlcə 60, 66 və 73 kq çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq, bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR