Azərbaycan cüdoçusu dünya çempionatını medalsız başa vurub - YENİLƏMƏ

Azərbaycan cüdoçusu dünya çempionatını medalsız başa vurub - YENİLƏMƏ
# 29 avqust 2019 14:55 (UTC +04:00)

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev dünya çempionatını medalsız başa vurub.

APA-nın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı Yaponiyanın paytaxtı Tokioda keçirilən yarışın təsəlliverici görüşündə uduzub.

O, 1/4 finalda Nemanya Majdova (Serbiya) ipponla məğlub olduqdan sonra fransalı Aksel Klerlə də bacarmayıb. Qızıl xalla uduzan təmsilçimiz bürünc medal şansını itirib. Cüdoçu mundialı 7-ci pillədə başa vurub.

Qeyd edək ki, hələlik Azərbaycan millisinin aktivində 2 medal var. 73 kq çəkidə Rüstəm Orucov ikinci olubsa, Hidayət Heydərov üçüncü yerlə kifayətlənib.

***

Saat. 11:39

Cüdo üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən yarışın 6-cı günündə Azərbaycan yığmasının daha 2 idmançısı mübarizəyə qoşulub.

Milli üzvlərindən Məmmədəli Mehdiyev 1/32 finalda Jiri Petrlə üz-üzə gəlib. 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu rəqibinə ipponla qalib gəlib. O, ardınca mavrikili Remi Feul və türkiyəli Mixael Özerlerdən də üstün olub.

“Böyük dəbilqə”nin qalibi 1/4 finalda Nemanya Majdovu (Serbiya) sınağa çəkib və ipponla uduzub. O, təsəlliverici görüşdə fransalı Aksel Klerlə qüvvəsini sınayacaq.

Qadınların yarışında isə Günel Həsənli (70 kq) debütdə Aoife Kuqlana (Avstraliya) məğlub olaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, hələlik Azərbaycan millisinin aktivində 2 medal var. 73 kq çəkidə Rüstəm Orucov ikinci olubsa, Hidayət Heydərov üçüncü yerlə kifayətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR