Azərbaycan cüdoçusu Qazaxıstanda gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Qazaxıstanda gümüş medal qazanıb
# 19 iyul 2019 20:09 (UTC +04:00)

Qazaxıstanda keçirilən cüdo üzrə Asiya açıq kubokunun son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

APA-nın məlumatına görə, Şahin Qəhrəmanov (+100 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olub.

Beləliklə, Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.

Qeyd edək ki, Aktau turnirinin ilk günündə Yaşar Nəcəfov bürünc medala layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR