Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Qran-pridə bürünc medal qazanıb
# 13 iyul 2019 22:30 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı davam edir.
APA-nın məlumatına görə, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb.
Beləliklə, Azərbaycan cüdoçusu Budapeşt Qran-prisində bürünc medala sahib olub.
Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR