Azərbaycan güləşçiləri Avropa çempionatının son günündə 1 gümüş və 1 bürünc medal qazanıb

Azərbaycan güləşçiləri Avropa çempionatının son günündə 1 gümüş və 1 bürünc medal qazanıb
  • Clock-gray 23:29
  • calendar-gray 09 İyun 2019

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatına yekun vurulub. 

APA-nın məlumatına görə, yarışın son günündə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. 

Sərbəst güləş üzrə komandamızın heyətində mübarizəyə 1/4 finaldan başlayan Asxab Həmzətov (92 kq) Bolqarıstan idmançısına rahat qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə çexiyalı həmkarına da şans verməyən Balakən güləş məktəbinin yetirməsi adını finala yazdırıb. Həmzətov həlledici qarşılaşmada Rusiya idmançısı ilə üz-üzə gəlib və məğlub olaraq, qitə birinciliyini ikinci yerdə bitirib.

Millimizə digər mükafatı İslam Abuyev qazandırıb. 125 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız ilk görüşdə İsveç nümayəndəsindən güclü olub. İslam daha sonra Ermənistan idmançısına qalib gələrək, yarımfinala adlayıb. Ancaq Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub. Yığmamızın üzvü bürünc medal uğrunda Türkiyə pəhləvanına qalib gələrək, 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 2 qızıl, 2 gümüş və 2 bürünc medalla bitirib. Komandamızın heyətində daha öncə Turan Bayramovla (65 kq) Abubakr Abakarov (hər ikisi sərbəst güləş, 74 kq) birinci, Əsgər Əlizadə (60 kq) ikinci, Zaur Əliyev (hər ikisi yunan-Roma, 55 kq) 3-cü olub. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date