Azərbaycan güləşçiləri Avropa Oyunları üçün son hazırlıqlara başlayıb

Azərbaycan güləşçiləri Avropa Oyunları üçün son hazırlıqlara başlayıb
# 10 iyun 2019 14:41 (UTC +04:00)

Azərbaycan güləşçiləri iyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları ərəfəsində son hazırlıqlara start verib.

Güləş Federasiyasından APA-ya verilən məlumata görə, sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçir.

Göygöldə daha çox fiziki məşqlərə üstünlük verilmişdisə, Bakıda taktiki-texniki çalışmalar icra ediləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləriylə birgə toplanış keçir.

Qadın güləşçilərimiz isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışa qədər Minskdə yerli komandayla birgə toplanışı davam etdirəcək.

Qeyd edək ki, Avropa Oyunlarında güləş yarışları iyunun 25-dən 30-dək olacaq. Yarışda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR