Azərbaycan güləşçiləri dünya çempionatına Qırğızıstan və Türkiyə milliləri ilə hazırlaşır

Azərbaycan güləşçiləri dünya çempionatına Qırğızıstan və Türkiyə milliləri ilə hazırlaşır
  • Clock-gray 16:08
  • calendar-gray 15 Avqust 2019

Güləş üzrə Azərbaycan milli komandaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirirlər. 

APA-nın məlumatına görə, Tokio-2020-yə lisenziya xarakterli mundial üçün məşqlər Göygöldə və Sarıyerdə təşkil olunub. 

Belə ki, yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start veriblər. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadın idmançılarımız isə bu gündən Türkiyə toplanışına başlayıblar. Komandamız Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir. 

Sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi ayın 30-dək davam edəcək.

Qeyd edək ki, mundial sentyabrın 14-22-də olacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date