Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirə turnirinə 1 qızıl və 1 bürünc medalla başlayıblar

Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirə turnirinə 1 qızıl və 1 bürünc medalla başlayıblar
# 12 iyul 2019 21:25 (UTC +04:00)

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri start götürüb.

APA-nın məlumatına görə, ilk olaraq sərbəst güləş üzrə Azərbaycan milli komandasının 3 üzvü xalça üzərinə çıxıb.

Georgi Edişeraşvili (57 kq) gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Lakin rəqibi finala yüksəldiyindən yığma üzvü təsəlliverici görüşdə güləşmək hüququ qazanıb. Türkiyəli güləşçi xalçaya çıxmadığı üçün Edişeraşvili bürünc medal görüşünə vəsiqə qazanıb. Bolqarıstan idmançısını üstələyən Georgi 3-cü yeri tutub.

70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən Müslimov adını finala yazdırıb.

Hacıyev təsəlliverici görüşdən də məğlub ayrılıb. Əvəzində Murtuzəli finalda cəmi 1 dəqiqə ərzində bolqar rəqibini "tuşe" ilə məğlub edərək xatirə turnirinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 pəhləvanla qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR