Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
# 21 iyun 2019 02:27 (UTC +04:00)

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

APA-nın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan millisi daha bir medal qazanıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün Soltanova təsəlliverici görüşə vəsiqə qazanıb. Ancaq Moldovadan olan rəqibi xalçaya çıxmadığı üçün Birgül 3-cü yer uğrunda güləşib. Medal qarşılaşmada Estoniya güləşçisinə şans tanımayan Soltanova bürünc mükafata sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR