Azərbaycan güləşçisi dünya çempionatında erməniyə qalib gələrək, medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında erməniyə qalib gələrək, medal qazanıb
# 13 avqust 2019 21:34 (UTC +04:00)

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Yığmamızın heyətində Turan Bayramov (65 kq) üçüncü yer uğrunda Ahmet Salim Yiğitlə (Türkiyə) üz-üzə gəlib və 8:0 hesabı ilə qələbə qazanıb.

Onun kimi, Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. Pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada erməni Arman Avaqyana 6:4 hesabı ilə qalib gəlib.

Digər güləşçilərimizdən Mahir Məmmədzadə (57 kq) təsəlliverici, Əşrəf Aşırov (70 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR