Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək, Avropa çempionatında bürünc medal qazanıb
# 04 iyun 2019 21:24 (UTC +04:00)

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı keçirilir.

APA-nın məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi ilk medalını qazanıb.

Belə ki, yunan-Roma güləşçimiz Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Təmsilçimiz ilk görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbəylə başa vurub.

Zaur 1/4 finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 3:2 önə keçsə də, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Əliyev bürünc medal uğrunda Ermənistan güləşçisi Gevorq Sukiasyanla güləşib. Prinsipial qarşılaşmada Zaur qələbə qazanaraq, Avropa üçüncüsü olub və qitə birinciliyində ilk medalımızı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR