Azərbaycan idmançıları Xorvatiyada daha 2 medal qazanıblar

Azərbaycan idmançıları Xorvatiyada daha 2 medal qazanıblar
# 06 iyul 2019 13:07 (UTC +04:00)

Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarış davam edir.

APA-nın məlumatına görə, Azərbaycan karateçiləri turnirdə daha iki medal qazanıblar.

Hümmət Baxşəliyev (67 kq) 21 yaşadək idmançılarım mübarizəsində bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. 14-15 yaşlı yeniyetmələr arasında isə Ramil Baxşəliyev (52 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığmamızın heyətində daha öncə 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, iyulun 7-də bitəcək yarışa 70 ölkədən 2577 idmançı qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR