Azərbaycan idmançısı Çində beynəlxalq yarışın qalibi olub

Azərbaycan idmançısı Çində beynəlxalq yarışın qalibi olub
# 26 iyun 2019 13:54 (UTC +04:00)

Azərbaycanlı kikboksçu Ramal Aslanov Çində keçirilən beynəlxalq yarışının qalibi olub.

APA-nın məlumatına görə, "Lord" ləqəbli Aslanov Su Liu adlı yerli idmançını məğlubiyyətə uğradıb.

Döyüşü barədə danışan 27 yaşlı kikboksçu güclü rəqibə qalib gəldiyini açıqlayıb: "FF döyüş təşkilatının ən güclüləri burda yarışırdı. Mən 2016-cı ildə Çində Qran-prinin qalibi olmuşdum. Ən güclü 8 idmançı arasında birinci yeri tutmuşdum. İndi qarşılaşdığım Su Liu adlı çinli idmançı isə 2018-ci ildə bu turnirin qalibi olmuşdu. Üstəlik, o, "Glory 57"nin də çempionu idi".

Aslanov rəqibini necə məğlub etməsindən də danışıb: "Döyüş çətin keçdi. Bu dəfə taktikada dəyişiklik etmişdim. Çünki rəqiblərim bilir ki, əl zərbələrim güclüdür. Ona görə də bu dəfə döyüş vaxtı daha çox ayaq və diz zərbələrinə üstünlük verdim. Nəticədə xal hesabı ilə rəqibimə qalib gəlib kuboku qazandım".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR