Azərbaycan Karate1 Premyer Liqa turnirinə 20 idmançı ilə qatılacaq

Azərbaycan Karate1 Premyer Liqa turnirinə 20 idmançı ilə qatılacaq
# 01 oktyabr 2019 12:14 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turniri keçiriləcək.

APA-nın məlumatına görə, oktyabrın 4-6-da baş tutacaq yarışda Azərbaycan karateçiləri də iştirak edəcəklər.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində 20 idmançımız mübarizə aparacaq. Yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev, Tural Ağalarzadə (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hamısı 84 kq), Asiman Qurbanlı, Şahin Atamov, Əli Cəfərov (hamısı +84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar. Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə kata çıxışlarına qatılacaqlar.

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 karateçi yarışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR