Azərbaycan karateçiləri Qaradəniz və Xəzəryanı ölkələrin çempionatında 47 medal qazanıb

Azərbaycan karateçiləri Qaradəniz və Xəzəryanı ölkələrin çempionatında 47 medal qazanıb
# 27 avqust 2019 12:54 (UTC +04:00)

Rizədə karate üzrə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilib.

APA-nın məlumatına görə, ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 qızıl, 14 gümüş və 17 bürünc medal qazanıblar.

Yığma bu göstərici ilə ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutub.

Qeyd edək ki, Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR