Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub - FOTOSESSİYA

 Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub - FOTOSESSİYA
  • Clock-gray 16:50
  • calendar-gray 06 Oktyabr 2019

Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi olublar.

APA-nin Moskva müxbirinin verdiyi məlumata görə, Rafael Ağayev finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovla qarşılaşıb. 

R. Ağayev finalda rəqibinə qalib gələrək turnirin qalibi olub. 68 kq çəkidə qadınların mübarizəsində  İrina Zaretska isə finalda çinli rəqibo Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva bürünc medal uğrunda görüşdə iştirak edib. İdmançımız Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı adına yiyələnib.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date