Azərbaycan millisi Avropa çempionatına 11 idmançı ilə qatılacaq

Azərbaycan millisi Avropa çempionatına 11 idmançı ilə qatılacaq
# 07 oktyabr 2019 16:28 (UTC +04:00)

Oktyabrın 11-dən 15-dək Hollandiyanın Haaqa şəhərində pencak-silat döyüş növü üzrə açıq Avropa çempionatı keçiriləcək.

APA-nın məlumatına görə, yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışacaqlar. Gənclərin mübarizəsində isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə qüvvəsini sınayacaq.

Milli yarışda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR