Azərbaycan parataekvondoçuları Qran-pridə 2 qızıl və 1 bürünc medal qazanıblar - FOTO

Azərbaycan parataekvondoçuları Qran-pridə 2 qızıl və 1 bürünc medal qazanıblar - FOTO
# 20 sentyabr 2023 11:01 (UTC +04:00)

Meksikanın Verakrus ştatında parataekvondo üzrə Qran-pri keçirilib.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Baş məşqçi Fərid Tağızadənin yetirmələrindən Sabir Zeynalov (58 kq, K-44) Azərbaycan himnini səsləndirib. Bütün döyüşlərini qələbə ilə bitirən parataekvondoçu çempion tituluna yiyələnib.

Onun uğurunu İmaməddin Xəlilov (70 kq, K-44) da təkrarlayıb. Təmsilçimiz bütün rəqiblərinə məğlub edərək, ikinci qızıl medalımızı rəsmiləşdirib. Yığmamızın aktivinə digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. Parataekvondoçumuz bürünc medala yiyələnib.

Beləliklə, Qran-priyə qatılan hər 3 idmançımız çıxışını mükafatla başa vurub.

Qeyd edək ki, bu heyət eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR