Azərbaycan parataekvondoçusu 4-cü dəfə Avropa çempionu olub

Azərbaycan parataekvondoçusu 4-cü dəfə Avropa çempionu olub
# 01 noyabr 2019 09:01 (UTC +04:00)

İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilib.

APA-nın məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Yığmanın heyətində Aynur Məmmədova bütün rəqiblərini məğlub edib. Nəticədə +58 kq çəkidə mübarizə aparan paratakvondoçu dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib.

O, bu qələbə ilə Tokio-2020 Paralimpiya Yay Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarına da sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR