Azərbaycan taekvondoçuları Avropa birinciliyində 3 medal qazanıb

Azərbaycan taekvondoçuları Avropa birinciliyində 3 medal qazanıb
# 01 oktyabr 2019 23:47 (UTC +04:00)

İspaniyanın Marina Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürüb.

APA-nın məlumatına görə, Azərbaycan millisi ilk yarış gününü 3 mükafatla başa vurub.

Komandanın heyətində Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş medala sahib olub. Şamil Mirzəyev (33 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarış oktyabrın 3-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR