Azərbaycan taekvondoçuları Universiadaya yola düşüblər

Azərbaycan taekvondoçuları Universiadaya yola düşüblər
  • Clock-gray 13:52
  • calendar-gray 05 İyul 2019

Taekvondo üzrə Azərbaycan millisi XXX Ümumdünya Yay Universiadasında iştirak üçün İtaliyanın Neapol şəhərinə yola düşüb.

APA-nın məlumatına görə, ölkəmizi taekvondo yarışlarında 5 idmançı təmsil edəcək. 

İyulun 7-də startı veriləcək mübarizədə dayanq üzərinə Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (63 kq), Ayxan Tağızadə (74 kq), Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) çıxacaqlar. Yarışa iyulun 13-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Universiadada 15 idman növündən 5-də - taekvondo, cüdo, qılıncoynatma, atletika və gimnastikada (bədii və idman gimnastikası) təmsil olunur. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date