Azərbaycan taekvondoçusu Ammanda qızıl medal qazanıb

Azərbaycan taekvondoçusu Ammanda qızıl medal qazanıb 
  • Clock-gray 22:56
  • calendar-gray 26 İyul 2019

Azərbaycanın taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.

APA-nın məlumatına görə, “Qəbələ” İdman Klubunun üzvü İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.

O, bu gün start götürən G1 kateqoriyalı “El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, “Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date