Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finalda məğlub olub- FOTO - YENİLƏNİB-1

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finalda məğlub olub- FOTO  - YENİLƏNİB-1
# 03 iyun 2023 15:08 (UTC +04:00)

Azərbaycan taekvondoçusu Eltac Qafarov (74 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 final döyüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, o, üçüncü döyüşündə xorvatiyalı Marko Qolubiçlə qüvvəsini sınayıb.

Taekvondoçumuz dünya çempionuna 1:2 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

***

Saat. 14:34

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan təmsilçimiz 1/8 finalda Sebastian Tune (Norveç) ilə döyüşüb.

Görüş Qafarovun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda xorvatiyalı Marko Qoluboçlə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına iyunun 4-də yekun vurulacaq.

***

Saat. 12:06

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın altıncı günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR